12 
apr
2022
08:51
46

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Deputatlar bu gün Elman Rüstəmova görə TOPLAŞIR

12 apr, 2022
08:51
946

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. 
 
Turkdunyasi.az xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Belə ki, iclasda ilk olaraq Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına baxılacaq.
 
İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:
 
- Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında
 
- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
 
- “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş)
 
- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş)
 
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)

Bizimlə əlaqə saxlayın