23 
sen
2022
01:44
78
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb
23 sen, 2022
01:44
1678
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşündə ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.