E-mail: [email protected]
Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. 44-günlük Vətən müharibəsinin Qazisi Əlillik ala bilmir.
Vətən, namus-qeyrət yolunda şirin canların fəda edərək yaralanan qazilərimizin bəzi problemləri hələ də öz həllini tapmır.
Bəzi dırnaq arası məmurlar hələ də qazılərimizi incitməklə məşğuldur və çox vaxt süründürməçilik də olur.
Belə ki, aidiyyətı dövlət qurumlar qazilərin şikayətinə baxmadıqda onlar məcbur olub biz jurnalistlərə müraciət edirlər. Bizim onlara köməyimiz, yalnız onların problemlərin mətbuatda işığlandırıb lazımı ünvanlara çatdırmaqdır.
Türkdünyası.az xəbər saytına müraciət edən Qarabağ qazisi Mustafayev Rəhman Nağı oğlu bildirir ki, Döyüşlərdə ayağından qəlpə yarası alıb (yaralanıb), eyni zamanda şəkər xəstəliyinə tutulub və hazırda insulin iynəsindən istifadə edir. Şəki Mərkəzi Xəstəxanasının həkimi qazıyə deyir ki, verdiyimiz forma 88 görə və diaqnoza əsasən sənə əlillik dərəcəsi düşür, amma Əhalini Əmək və Sosial Müdafiəsi Nazirliyin Tibbi Sosial Ekspertiza Komissiyası isə əlillik dərəcəsi vermir, yəni deyir düşmür. Məlumat üçün bildirək ki, qazimizin himayəsində 3 (üç) azyaşlı övladları var.
Xahiş edirik Əhalini Əmək və Sosial Müdafiəsi Nazirliyi sözügedən şikayəti nəzarətə götürüb araşdırma aparıb qazımizə bu işdə kömək olsunlar.
Qarşı tərəfi dinləməyə hazırıq.