24 
sen
2022
12:01
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilir - VİDEO - YENİLƏNİB

24 sen, 2022
12:01
1280

"Azərbaycan Jurnalistlərinin VII qurultaydan bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub".
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib. O qeyd edib ki, bu şikayətlərin 963-ü dərhal həllini tapıb:
"Digər 652 şikayətin 520-si komissiya tərəfindən həll edilib. 132 şikayət isə həll edilmək üçün idarə heyətinə təqdim edilib".

Saat: 10:22

Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
Lent.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Qurultay iştirakçıları prezident İlham Əliyevə müraciət edib.
Müraciəti Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu səsləndirib.
Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurası sədrinin iki müavini idarə edəcək.
 

Bizimlə əlaqə saxlayın