E-mail: [email protected]
Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasında zibillik tüğyan edir...Video
Gəncə Şəhər 2 saylı istintaq təcridxanasında antisanitariya hökm sürür. Belə ki, təcridxanada mobil telefon vasitəsi ilə qeydə alınan video görüntüdən də açıq-aşkar görünür ki, yoxlanış-baxış otağı sanki, zibillik poliqonunu xatırladır. Daha ciddi məsələ isə ondan ibarətdir ki, təcridxanaya mobil telefon necə keçirilib və qeydə alınan video çəkliş necə aparılıb? Qanunvericiliyə əsasən istintaq təcridxanasında və ya cəza çəkmə müəssisəsində mobil telefon, kəsici-deşici alətlərin saxlanılması və gəzdirilməsi qəti qadağandır o cümlədən cinayət məsuliyyəti yaradır. Bu hal bir daha təcridxanadakı özbaşınalığın və əməkdaşların isə vəzifələrinə səhlənkar yanaşmalarını tam çılpaqlığı ilə sübut edir. Eyni zamanda bu hal ağır cinayətlər törətmiş, ictimayyət üçün təhlükəli olan məhkumların saxlanıldığı təcridxanadakı boşluğun rejim qaydalarının yox vəziyyətində olmasının əyani sübutudur. Bir sözlə təcridxanada daxili rejim qaydaları işləmir.
Ölkəmizdə və digər dövlətlər də, Koronavirus və zərərli təsir göstərən digər xəstəliklər mövcuddur. Bunların hər biri sanitariya qaydalarının kobud şəkildə pozulmasından irəli gəlir. Mövzunun girişin də, qeyd etdiyim sanitariya qaydalarına əməl etməyən "Dövlət" müəssisələrindən biri də, Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasıdır. Adı çəkilən təcridxananın yoxlanış-baxış otağında və təcridxananın daxilində sanitariya qaydalarının kobud şəkil də pozulması açıq-aydın görünür. Cəza cəkmə məntəqələrində, mütəmadi olaraq sanitariya qaydalarına aidiyyəti qurumlar tərəfindən nəzarət olunmalıdır. Cəza cəkən məhbusların bu şəraitdə saxlanılması, onlara mənəvi işgəncələrin verilməsi qanunla yolverilməzdir.
Mövzuya qayıdacayıq...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq..
Mənbə //Hürriyyət.az// Gəncə Muxbir Azər...