12 
apr
2022
10:46
33

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycandakı gürcü teatrının təsisçisi VƏFAT ETDİ - FOTO

12 apr, 2022
10:46
933

Qax Dövlət Gürcü Dram Teatrının təsisçisi və direktoru Anzor Dolencaşvili vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Gürcüstan patriarxı II İlya, Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti A.Dolencaşvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.
Qeyd edək ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. 2020-ci ildə teatrın 40 illik yubileyi qeyd edilib.
1980-1981-ci illərdə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndinin Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Daha sonra A.Dolencaşvili İlya Çavçavadze adına Gürcü Peşəkar Teatrı təsis edib. Hazırda teatrın truppası 20 nəfərdən ibarətdir.
A.Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.


Bizimlə əlaqə saxlayın