30 
sen
2022
13:34
222

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboy rayonu və Regional Mədəniyyət İdarəsi haqqında dərc edilən yazılar əsassızdır – FOTO

30 sen, 2022
13:34
11222

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
2 ildir ki, sentyabrın 27-si ölkəmizdə Anım günü kimi qeyd olunur.
Ölkəmizin hər yerində Anım günü çox yüksək səviyyə də qeyd olunduğu kimi Goranboy rayonunda da İcra Hakimiyyətinin təşkilatçılıgı ilə Anım tədbiri yüksək səviyyədə təşkil edilmişdir.
Anım günü ilə əlaqədar rayonun bütün idarə və təşkilatlarının inzibati binasından Azərbaycanın Üç Rəngli Bayrağı asılmışdır.
Qeyd edək ki, Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin inzibati binasının qarşısında rayonumuzda ölçülərinə görə ən böyük Azərbaycan Bayrağı asılmışdır.

Turkdunyasi.az xəbər verir ki, bayrağın asılması Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyevin təşkilatçılığı ilə Mərkəzin əməkdaşları digər işçi qüvvələri səfərbər olmuşdur.
Texniki işin getdiyi zaman kənardan Goranboy rayonunda aparılan uğurlu işlərə kölğə salıb, Mədəniyyət Mərkəzinin gördüyü işləri heçə sayan xain pis məkirli niyyətli insanlar rəhbərinə sadiq, vətəndaşlara vicdanla xidmət edən, rəhbərinin etimadını dogruldan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun uğurlu işlərini heçə sayaraq şou yaradıb öz düşüncələrində olduqları sayıt rəhbərlərinə məlumat verməklə yanaşı fotoşəkillər ataraq Goranboy rayonu Mədəniyyət Mərkəzində Üç rəngli Bayrağımız açıq-aşkar ayaqlar altına atılıb adı altında məlumatlar ötürmüşdülər.
Maraqlıdır bu fotoşəkilləri kənardan çəkən xain,pis məkirli insanlar Bayrağın tam şəkildə ucaldığını nıyə çəkməyiblər? bu düşündürücü sual təbiiki bu işlə məşğul olan xain insanlara qaranlıq olar!
Mən Mədəniyyət sahəsində uzun illərdir ki, çalışan əməkdaş olaraq onu qeyd edirəm ki, bu bizlərə və rəhbərliymizə qarşı hazırlanmış bir təxribatyönlü kompanyadır.
Qeyd edirəm ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Böyükağa oglu Quliyev bu vəzifəyə təyin olunduğu bir gündən bu günə qədər vətəndaşlara vicdanla xidmət etmiş, rayon ərazisində keçirilən bütün tədbirlərdə iştrak edərək eyni zamanda bütün Şəhid və Qazi ailələrinin ziyarət olunmasının təməlini qoymuşdur.
Mədəniyyət sahəsində çalışan əməkdaşlar daim öz adət ənənələrinə sadiq olaraq tədbirlərini yüksək səviyyədə keçirdərək qarşılarına qoylan öhdəlikləri layiqincə şərəflə icra edirlər.
Mövzu diqqətimizdədir!

Elçin Tağıyev
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, KANAL21-in baş redaktoru, Tarixin Səhifələri qəzetinin redaktor müavini, İctimaiyyətçi.

Bizimlə əlaqə saxlayın