12 
apr
2022
11:37
45

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Lukaşenko Rusiyaya yollandı: Prezidentlər kosmodroma baş çəkəcəklər - VİDEO

12 apr, 2022
11:37
1145

Belarus Prezidenti Aleksandr Lukaşenko Blaqoveşşenskə işgüzar səfərə gedib. Orada o, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək. Onlar birlikdə “Vostoçnı” kosmodromunu ziyarət edəcəklər.
Dövlət başçıları kosmodromun işçiləri ilə söhbət edəcək, “ulduz limanı”nın ikinci mərhələsinin – “Anqara” raketləri üçün buraxılış kompleksinin tikintisi ilə tanış olacaqlar.
Məlumata görə, prezidentlər danışıqlar aparacaq, Rusiya və Belarus arasında ikitərəfli əməkdaşlıq, Ukraynadakı vəziyyət, Qərbin sanksiyalarına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.
Aleksandr Lukaşenko aprelin 13-də Primorsk diyarına səfər etmək və vilayətin qubernatoru Oleq Kojemyako ilə görüşmək niyyətindədir.

Mənbə: rg.ru

Bizimlə əlaqə saxlayın