okt
2022
12:42
102

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkir sakini ETSN-i və Su Nəqliyyatında Baş Polis İdarəsini bioloji soyqrıma göz yummaqda İttiham etdi- VİDEOFAKT

5 okt, 2022
12:42
12102

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsindən başlayaraq mingəçevir su anbarına qədər olan su hövzələrində bioloji resurslar kütləvi surətdə məhv edilir desək yanılmayın.Bəli, bu əslində belədər.
Nəzarətsizlik,maddi maraqlar üçbatından Kür çayında dilsiz balıqlarını “tok”la tutulması eləcədə kvotasız balıq ovu ilə məşğul olan minlərlə brokoner dəstələr müxtəlif ölçülü torlarla ovu qadağan edilmiş balıq növündən tutdun bütün canlı orqanizmləri məhv edirlər.
Bu haqda Dünyanınsəsi.Az saytına Şəmkir rayon sakini Oruc Orucov tərəfindən videofakt göndərilmişdir.
Ərazidə çəkiliş edən şəxs bildirir ki, Kür çayı hövzəsinə qənim kəsilmiş icazəsiz balıq ovu ilə məşğul olan brokonerlərə bəzi məmurlar tərəfindən “krışa”lıq edilir.
Dünyanınsəsi.Az saytı olarq inanırıq ki, yuxarıda qeyd edilən faktlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları sözügedən ərazilərin monitorinqin apararaq qanunsuz balıq ovlayan brokonerlərə qarşı ciddi mübarizə aparacaqdır.

Şəmkir sakini ETSN-i və Su Nəqliyyatında Baş Polis İdarəsini bioloji soyqrıma göz yummaqda İttiham etdi- VİDEOFAKT


Xəbər portalı olaraq apardığımız araşdırma zamnı etibarlı mənbədən verilən məlumatda bildirlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nazirliyin əraziyə təhkim edilmiş olan Tovuz 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qanunsuz balıq ovuna görə hər ay müəyyən məbləğdə haqq alır.
Hazırda isə Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin rəisi işdən çıxarıldığından su hövzələri nəzarətsiz qalıb. Necə deyərlər “dərə xəlvət, tülkü bəydir”.

Hər ilin May ayının 1-dən balıq ovuna moratorium qüvvəyə minir-Nazirliyin bu qadağasına əməl edilirmi?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna moratorium qüvvəyə minir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcəyini bildirsədə bütün yay mövsümü bu qadağaya riayət edilirmi? Əsla yox!

Bütün bazarların piştaxtalarında yay mövsümü hər yerdə balıq əlindən tərpənmək olmur.
Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd etsəsə bir nəfər belə bu mövsüm ərzində məsuliyyətə cəlb edilibmi?

Sonda İnanırıq ki, ETSN-nin və Nəqliyyatda Baş Polis İdarəsinin bu sahəyə məsul olan vəzifə sahibləri kür çayı hövzəsində baş verən bioloji soyqrımı durduracaqlar.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Kür çayı hövzəsindən çəkilmiş videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın