okt
2022
10:39
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyevlə bağlı paylaşımlar “Twitter”də trend oldu - FOTO

7 okt, 2022
10:39
1265

Dünən beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzulardan biri Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Praqada keçirdiyi görüş olub.
Oxu.Az-ın məlumatına görə, dünya mediasında geniş yer alan bu tədbir sosial şəbəkələrdə də əsas müzakirə mövzularından birinə çevrilib.
Belə ki, hətta bununla əlaqədar olaraq “Twitter”də trend siyahısında “President Ilham Aliyev” və “Prague” sözləri olub.
Xatırladaq ki, oktyabrın 6-da keçirilən görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini və bunun, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiqləyiblər. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Bundan başqa Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Rəsmi Bakı da öz növbəsində bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək.

Mövzu ilə əlaqədar

Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına müsahibəsi - YENİLƏNİB + TAM MƏTN - FOTO/VİDEOErmənistan Azərbaycanın ərazi bütövlüyünü TANIDI - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Praqada keçirilən bağlanış plenar iclasında iştirak edib - YENİLƏNİB + FOTO/VİDEOPrezident: “Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər” - VİDEO

Bizimlə əlaqə saxlayın