E-mail: [email protected]
Şəmkirdə icra başçısı NƏ GÜNƏ YARAYIR Kİ... - VİDEOFAKT
Şəmkir rayonunun Şiştəpə kəndi məişət tullantılarının içərisində itib-batır.
İş o yerə çatıb ki, kəndə yolu düşənlər zibilxanaya düşdüklərini hesab edirlər.
Kəndin hər küçəsində, hər döngəsində qalaq-qalaq zibil topaları var. Üstəlik problem dünənin, bu günün deyil, illərin problemidir.
"Məişət tullantıları daşınmır deyə, kimin əlinə nə keçir gətirib atır bura", -sakinlər narazılıq edirlər.
İctimai nəzarət yoxdur
Kənd diqqətdən o qədər kənarda qalıb ki, görən deyər, bu kəndin nə icra nümayəndəsi var, nə də bələdiyyəsi. Sakinlər bütün problemlərin ictimai nəzarətin olmamasından qaynaqlandığını hesab edirlər. Deyirlər ki, kifayət qədər problem var, lakin heç kim bu haqda danışmaq istəmir. İnsanlar tələb edərsə, aidiyyatı qurumlar da məsuliyyətlərini dərk edərlər.
Başlı-başına qalmış kənd zibil içində boğulur
Şiştəpə kəndində 6000-dən artıq sakin yaşayır. Zibilxanaya çevrilmiş kənddə ümumiyyətlə zibil konteyneri qoyulmayıb. Vaxtilə Şiştəpədə vəziyyət fərqli olub. Kəndin ərazisindən keçən çayın üzərində körpü tikilib. İndi kəndin ərazisində daha çox zibil atılan ərazi sözügedən çay yatağıdır.
Məsələ ilə bağlı Şiştəpə kənd bələdiyyəsinə üz tutduq. Rəsmi qurumdan bildirildi ki, problem tez bir zamanda həllini tapacaq.
Mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir: