16 
okt
2022
05:10
61
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Türkiyədə partlayışın baş verdiyi mədəndə işlər dayandırıldı
16 okt, 2022
05:10
9861
Türkiyə hakimiyyəti metan partlayışının baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.
“Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə kömür hasilatını dayandırırıq. Prokurorluq da bu işlə bağlı araşdırmalara başlayıb”, - təbii qaynaqlar və enerji naziri Fatih Dönməz mətbuata bildirib.
Xatırladaq ki, Bartın vilayətinin Amasra bölgəsində cümə günü axşam saatlarında mədəndə partlayış baş verib. Metan partlayışı 300-350 m dərinlikdə qeydə alınıb. Partlayış zamanı orada 90-dan çox mədənçi olub. Hadisə nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.
Mənbə: Haber Global