11 
okt
2022
11:18
48

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yanvarın 1-dən pensiyalar nə qədər artırılacaq? - RƏSMİ AÇIQLAMA + VİDEO

11 okt, 2022
11:18
1248

Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır. Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova “Xəzər Xəbər”ə deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.
Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.

Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əməkhaqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əməkhaqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.
Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əməkhaqqının artım faizinə görə indeksləşdiriləcək.
Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

Bizimlə əlaqə saxlayın