12 
apr
2022
14:29
43

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Putin və Lukaşenko “Vostoçnı” kosmodromunun tikinti işləri ilə tanış oldular - YENİLƏNİB + VİDEO

12 apr, 2022
14:29
943

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Amur vilayətində “Vostoçnı” (“Şərq”) kosmodromunun tikinti işləri ilə tanış olublar. 
Liderlər komanda məntəqəsinin tikinti meydançasına və “Anqara” raket-daşıyıcıları üçün buraxılış kompleksinin obyektlərinə baş çəkib, həmçinin helikopterlə kosmodromdakı infrastruktur obyektlərinə baxış keçiriblər.
Xatırladaq ki, “Vostoçnı” Rusiyanın ilk mülki kosmodromudur.
09:32
Belarus Prezidenti Aleksandr Lukaşenko Blaqoveşşenskə işgüzar səfərə gedib. Orada o, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək. Onlar birlikdə “Vostoçnı” kosmodromunu ziyarət edəcəklər.
Dövlət başçıları kosmodromun işçiləri ilə söhbət edəcək, “ulduz limanı”nın ikinci mərhələsinin – “Anqara” raketləri üçün buraxılış kompleksinin tikintisi ilə tanış olacaqlar.
Məlumata görə, prezidentlər danışıqlar aparacaq, Rusiya və Belarus arasında ikitərəfli əməkdaşlıq, Ukraynadakı vəziyyət, Qərbin sanksiyalarına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.
Aleksandr Lukaşenko aprelin 13-də Primorsk diyarına səfər etmək və vilayətin qubernatoru Oleq Kojemyako ilə görüşmək niyyətindədir.

Mənbə: rg.ru

Bizimlə əlaqə saxlayın