E-mail: [email protected]
İlham Əliyev Macarıstan prezidentini təbrik etdi
“Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə macar həmkarı xanım Katalin Novaka ünvanlandığı təbrik məktubunda qeyd edilib.
Dövlət başçısı həmçinin qeyd edib:
“İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Prezident İlham Əliyev əlamətdar gün münasibətilə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Macarıstan xalqına isə daim əmin-amanlıq və rifah diləyib.