E-mail: [email protected]
Ermənilər Azərbaycan ərazilərinə silah-sursat daşıyır
Ermənilər Laçın dəhlizindən təxribat məqsədilə istifadə edir. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Laçın dəhlizindən Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.
İddia olunur ki, Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağ separatçılarına silah-sursat və minalar daşınır. Bu isə separatçıların Azərbaycana qarşı növbəti təxribat hazırlığından xəbər verir.
Mövzu ilə bağlı Modern.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Rusiya sülməramlıları emənilərin təxribatçı əməllərinə şərait yaradır:
“Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək ərazilərini işğaldan azad edib. Buna baxmayaraq, düşmən tərəfindən mina terror hələ də davam etdirilir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizindən yalnız silah-sursat olmayan malların və maşınların keçirilməsi mümkündür. Lakin silahlanmış erməni separatçıları mövcud dəhlizdən qanunsuz olaraq Azərbaycan ərazisinə silah-sursat daşıyır. Rusiya sülhməramlılarının ərazidə olmasına baxmayaraq, ermənilərin mina terroru davam edir. Onlar bizim əraziləri minalamaqla öz çirkin əməllərindən çəkinmirlər.
Laçın rayonunda yerləşən yaşayış məntəqələri ermənilərdən təhvil alınandan sonra orada 1400-dən çox piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Hələ nə qədər zərərsizləşdirilməmiş minlar var. Hazırda Rusiya sülhməramlı qüvvələri ermənilər tərəfindən həyata keçirilən mina terrorunu müşahidə edir. Ancaq lazımı tədbirlər görülmür. Bu da Rusiya sülhməramlılarının ermənilərə şərait yaratdığını göstərir”.
Polkovnikin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri öz məsuliyyətlərini dərk etməli, erməni təxribatlarının qarşısını almalıdır. Əks təqdirdə bunu Azərbaycan Ordusu özü etmələi olacaq:
“Piyada əleyhinə minaların istehsal və istefasını qadağa edən beynəlxalq konvensiyalar, eləcə də 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın müddəaları kobudcasına pozulur. Ermənilərin yerləşdirdiyi minalar gələcəkdə Azərbaycanın daha çox güc, qüvvə və vəsait sərf etməsinə səbəb olacaq. Odur ki, Rusiya sülhməramlı qüvvələri öz məsuliyyətlərini xatırlamalı, bu tip təxribatların qarşısını almalıdır. Rusiya sülhməramlıları Azərbaycan ərazisinə gəlməklə öz üzərinə məsuliyyət götürmüşdü. Bu məsuliyyətə ermənilərin tərk-silah edilməsi və Laçın yolundan yalnız mülki məhsulların daşınmasına nəzarət də daxildir. Rusiya sülhməramlı qüvvələri sanki bu məsuliyyətlərini unudub”.
Hərbi ekspert onu da vurğulayıb ki, hazırda sülhməramlıların imkanları məhduddur:
“Mən anlayıram ki, bu gün Rusiya sülhməramlı qüvvələrinin sayı, texniki imkanları onlara vəzifələrini tam yerinə yetirməyə imkan vermir. Onlar bütün prosesləri nəzarət altına ala bilmir. Çünki Rusiya sülhməramlı qüvvələrinin 60-70%-i Ukraynadakı döyüşlərə cəlb olunub. Qalan hissəsi də ola bilsin ki, ərazilərdə gedən prosesləri tam nəzarət altında saxlaya bilmir. Separatçılar bu boşluqdan istifadə edir. Əgər Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatda nəzərdə tutulmuş öhdəliklərini həyata keçirə bilmirsə, Azərbaycana müraciət etsin. Belə olan halda Azərbaycan tərəfi boşluqları aradan qaldırmaq üçün Rusiya sülhməramlı qüvvələrinə öz texniki və digər yardımlarını göstərə bilər”.
Hərbi ekspert sonda qeyd edib ki, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Moskvada keçiriləcək üçtərəfli görüşdə bu məsələyə öz ciddi münasibətini bildirəcək.