28 
okt
2022
16:00
104

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Ermənistanın Rusiyanın təsirindən çıxmaq, Qərbə meyillənmək niyyəti baş tutmayacaq” – RƏY + FOTO

28 okt, 2022
16:00
12104

“Rusiyanın təsirindən çıxmaq, Qərbə meyillənmək, müstəqil siyasət yeridə bilmək niyyəti Ermənistan üçün baş tutmayacaq”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, son proseslər Paşinyanın Azərbaycan-Ermənistan münasibətlərindəki yaxınlaşmanı və Rusiyanın sərgilədiyi mövqeni bəhanə gətirərək Qərbə meyilləndiyini deməyə əsas verir:
“O, qərbyönümlü siyasət həyata keçirmək, Rusiyanın təsirini Ermənistanda azaltmaq niyyətindədir. Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan sualda da məqsədyönlülük və konkret olaraq Rusiyanın mövqeyinin ortaya qoyulması hiss olunurdu. Putin verilmiş sualı cavablandırarkən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün olmasını dəstəklədiyini söylədi. Bununla yanaşı, hələ uzun illər bundan əvvəl Ermənistana işğal altında olan 5 rayonun Azərbaycana qaytarılmasını təklif etdiyini və bunun münasibətlərin yaxınlaşmasına böyük töhfə olacağını bildirdi. Təəssüflər olsun ki, o vaxt Ermənistan tərəfi münasibətlərin sülh yolu ilə həllinə isti baxmırdı. Nəticə etibarilə də baş verən 44 günlük müharibənin birbaşa günahkarının Ermənistan olduğunu üstüörtülü olsa da, bildirmiş oldu. Həmçinin “sülhün Qərbin, yoxsa Rusiyanın təklifi əsasında olmasını istəyirsiniz?” sualına Putin onlar üçün prinsipial olaraq fərq kəsb etmədiyini və məsələnin əsasən sülh yolu ilə həll edilməsini dəstəklədiyini bildirdi. Bundan belə aydın olur ki, Rusiya Ermənistanla strateji müttəfiqdir. Ancaq buna baxmayaraq, Azərbaycanı da itirmək istəmir. Azərbaycanın Rusiya ilə münasibətlərini qoruyub saxlanmasına çox böyük önəm verir”.

“Bir sözlə, bu sual və suala verilən cavab onu deməyə imkan verir ki, Ermənistan gec-tez Rusiyanın təsirindən çıxmaq istəyir. Bunun üçün də müxtəlif bəhanələr sübutlar toplamaqdadır. Ancaq Rusiyanın təsirindən qurtarmaq və Qərbə tamamilə meyillənmək, müstəqil siyasət yeridə bilmək niyyəti Ermənistan üçün baş tutmayacaq. Ermənistanın regiona tək çıxış yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, Azərbaycanla sərhədlərin tanınması, həmçinin sülh müqaviləsinin imzalanmasını sürətləndirməkdir. Ermənistanın hansısa növbəti təxribatının baş verəcəyi təqdirdə düşünürəm ki, Ermənistan çox ağır zərbə alacaq və bu zərbə Ermənistanı hətta daxilində çevrilişə gətirib çıxaracaq”, - deputat vurğulayıb.

Bizimlə əlaqə saxlayın