31 
okt
2022
19:20
127

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncə şəhər Şəkərli diabet xəstəxanasının baş həkimi Sevda Əsgərovanın üzürlü səbəblərdən yerində olmaması, digər həkimlərin özbaşınalıq etməsinə, şərait yaratmışdır

31 okt, 2022
19:20
9127

Turkdunyasi.az
Redaksiyamıza daxil olan şikayət, Gəncə şəhər Şəkərli diabet xəstəxanası ilə bağlıdır. Şikayətdə bildirilir ki, Xəstəxananın baş həkimi Sevda Əsgərovanın üzürlü səbəblərdən yerində olmaması, digər həkimlərin özbaşınalıq etməsinə, at oynamasına şərait yaratmışdır. 
Belə ki, aprel ayında sözügedən Gəncə şəhər Şəkərli diabet xəstəxanasında həkim səhlənkarlığı ucbatından ölmüş olan Azərbaycan qadınına qarşı  Səhiyyə Nazirliyi və Təbib vicdanı qarşısında necə göz yumur? 
Belə ki, Sevda xanımın üzürlü səbəbdən öz yerində olmamasından sui şəkildə istifadə edən Xəstəxananın digər həkimləri isə öz bildiklərini etməkdən çəkinmirlər. Nəinki mülkü vətəndaşlara, hətta jurnalistin belə yaxınlarına biganə yanaşırlar. 
Belə ki, orada yaranan hərc-mərclik, özbaşınalıq, kəsilən baş, tökülən qanlara heç bir sorğu sual etməyən Səhiyyə Nazirliyi və Təbib vicdan qarşısında bu baş verənlərə necə göz yumur? Ya baş verənlərdən xəbərsizdirlər, yadaki bilib özlərini bilməməzliyə vururlar. Görünür Səhiyyə Nazirliyi və Təbib öz vəzifələrini lazımınca icra edə bilmirlər. Əgər icra edə bilsəydilər bu boyda özbaşınalıq baş alıb getməzdi. 
Məsələ ilə araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mənbə: Kanal1.az

Bizimlə əlaqə saxlayın