noy
2022
02:07
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İki il öncə: Yeddi kənddə işğala son qoyuldu - SİYAHI

2 noy, 2022
02:07
6767

Bu gün Azərbaycanın bir neçə kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il keçir.
Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə - noyabrın 2-də Azərbaycan ordusu Cəbrayılın Çapand, Qoşabulaq kəndlərini işğaldan azad edib.
Həmin gün Zəngilan istiqamətində də uğurlar qazanılıb. Belə ki, rayonun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərində işğala son qoyulub.
Qubadlının isə İşıqlı, Muradxanlı və Milanlı kəndləri işğaldan təmizlənib.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet”lə qələbə xəbərini xalqa çatdırıb.

Bizimlə əlaqə saxlayın