noy
2022
20:00
230

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Med Life”-dan pasientlərə qarşı hörmətsizlik – VİDEO

4 noy, 2022
20:00
12230

Sırada durmaq və həmin sıranın qanununa riayyət etmək özü bir mədəniyyət simvoludur. Ancaq təəssüf ki, növbələr zamanı insanların bir-birinə qarşı kobud rəftarının şahidi oluruq. Səbrsiz davranıb kiminsə sırasına girib, özünü qabağa vermək isə əsl mədəniyyətsizlikdir. Marketlərdə, bankomat qarşılarında, metrolarda, avtobus dayanacaqlarında, banklarda, xəstəxanalarda və s,  yerlərdə belə hallar ilə tez-tez qarşı-qarşıya gəlirik. Öz işini tez həll etmək eqoizmi etik normaları tapdalayır. Çoxusu bir addım irəli keçmək üçün önündəki insanı əzir, tapdalayır, itələyir. Kiminsə harasa tələsməsi və önündəki insana qarşı kobud davranması heç bir əsasla onu haqlı duruma salmır.

Daha çox xəstəxanalarda, həkimin qəbul otağının qarşılarında bu tip növbəsizlik halları müşahidə olunur. Həkimin qəbuluna gələn şəxslər düşüncəsiz şəkildə növbəsizlik yaradırlar və kim nə cür gəldi o cür hərəkət edir. Bu da, öz növbəsində, hamıya çətinlik yaradır. Xəstəxanada kassaya ödəniş etdikdən sonra öz sıra nömrəsini götürüb gözləməsinə baxmayaraq, yenə sırasını gözləməyib özünü “araya” salmaq istəyənlərin də sayı az deyil.  Xəstəxanalarda bəzən xəstənin vəziyyətinin ağır olması belə ona növbədənkənar giriş etməyinə şərait yaratmır.
Turkdunyasi.az "Kanals".az istinadən xəbər verir ki, bu “növbəsizlik” ərazilərdən biri də Goranboy rayonunda yerləşən “MED LİFE” Diaqnostik və Estetik Mərkəzdir.

Burda “növbəsizlik” edən vətəndaşlar yox, məhz xəstəxananın öz həkimləridir. Ali dərəcəli nervpotoloq Azər İbrahimov mərkəzin qoyduğu növbəliyi qanunsuz olaraq pozur, qəbuluna növbədən kənar pasientlər qəbul edir. Buna etiraz etdikdə isə nervpotoloqun katibəsi bildirir ki, həmin şəxslər sizdən qabaq gəlib.

Görünən odur ki, “MED LİFE” Diaqnostik və Estetik mərkəzinin rəhbərliyi növbə mədəniyyətini təbliğ etmək üçün aksiyalar və tədbirlər keçirməyiblər. Mütləq şəkildə mərkəzdə bu tip təbliğat üsullarına (süni də olsa) ehtiyac duyulur.
Problemin qaynağı hər birimizik. Ta uşaqlıqdan bizə bu məsələ qabardılsa və ciddi şəkildə aşılansaydı, bəlkə də, gənc nəsil bu situasiyanı dəyişə bilərdi. Bu yazılmamış, amma əməl olunması gərəkən vacib bir qanundur. Daha çox gənc nəslin səbrsiz və soyuqqanlı davranıb çılğın hərəkətləri ilə növbəsiz davranışları əyani sübutdur. Hər birimiz ən azı bir dəfə olsa belə, qarşımızdakı insana haqsızlıq edərək onun növbəsinə girmişik. Buna etiraz isə bəzən əks tərəfdən sərt və ciddi olur. Gündəlik eşitdiyimiz və artıq “növbələr sözü” kimi qəbullandığımız ifadələrdən məşhurları isə bəzən ciddi söz-söhbətə yol açır: “Adə, ay eşşək, növbəni gözləyəndə canın çıxır?”, “sənə tərbiyə verənə bərəkallah”, “ay qız, yavaş ol da tapdaladın e, məni”, “ay bala, üstümüzdə futbol oynamadığın qaldı, gəl onu da elə” və s. kimi tipli ifadələr orta və yaşlı nəsil tərəfindən bəzən işlənir. Yuxarıda bildirdiyim kimi, bu və bu tip ifadələr isə çox vaxt söz-söhbətə və dava-davalaşa gətirib çıxarır. Bütün bunlar adi bir şey üçün baş verir və nəticədə kiçik bir od böyüyərək tonqala çevrilir.
Bəli kiçik bir od “MED LİFE” Diaqnostika və Estetika mərkəzində böyüyərək tonqala çevrildi. Həkimin etdiyi qanunsuzluqlara cavab olaraq etirazımızı bildirdikdə, ilk öncə özünü mərkəzin rəhbərliyi, daha sonra administratoru kimi təqdim edən Elvin adlı şəxs çəkilişimizə maneçilik törədib, çəkiliş etdiyimiz telefonu əlimizdən alıb, qəsdən yerə çırpdı. 10-15 dəqiqəlik mübahisədən sonra telefonumuzu geri almağa nail olduq və dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, mərkəzdə baş verən özbaşınalıqlar barəsində məlumat verdik. Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma aparılır.
P.S.Növbə zamanı növbəni gözləmək və onun qaydalarına riayət etmək özü böyük bir mədəniyyətdir. Çalışaq ki, tarix boyu qazandığımız mədəniyyətə bu cür düşüncəsiz hərəkətlər ilə xələl gətirməyək.

Bizimlə əlaqə saxlayın