noy
2022
20:37
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

11 noyabrda 111 111 ağac əkiləcək - FOTO

5 noy, 2022
20:37
1252

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyası ölkəmizdə artıq ənənəyə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, qardaş Türkiyədə hər il 11-ci ayın 11-ci günündə keçirilən bu təşəbbüsə ölkəmiz növbəti dəfə də böyük ruh yüksəkliyi ilə qoşulacaq:
“Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində 111 111 ağac əkməklə bu nəcib aksiyaya töhfə verəcəyik”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” adlı ağacəkmə təşəbbüsünə qoşulub və ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirib.
“Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.




Bizimlə əlaqə saxlayın