noy
2022
02:09
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cahangir Əsgərov vəzifəsindən azad olundu? - Xəbər yayıldı

6 noy, 2022
02:09
1289

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb.
AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.
Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.
Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.
Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 2008-ci ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi.

Bizimlə əlaqə saxlayın