noy
2022
19:08
154

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İctimai Qınaq Elchin Aliyev yazır: "Regional İdarə rəisinin torbasını tikən Validə Nabatova haqqında ŞOK MƏLUMATLAR!

6 noy, 2022
19:08
12154

-Bərdə mədəniyyətini mədəniyyətsiz vəziyyətə salmaq istəyən nabat kimi “şipşirin” rəis müavini kimdir?

Hər kəsə bəllidir ki, hazırda Təhsil sahəsi üzrə regionlaşma başa çatıb.Amma mədəniyyət sahəsində hələ ki, bu proses hələ nala-mıxa vurur.Bu da bir çox hallarda haqlı narazılıqlara və ictimai təpkilərə yol açır. Son günlər adı müxtəlif qalmaqallarda hallanan idarələrdən biri də Bərdə Regional Mədəniyyət İdarəsidir. NİYƏ! Bəs əslində bu idarənin fəaliyyət dairəsinə daxil olan müəssisələrdə nə baş verir? Kimdir bu idarənin adının hər yerdə hallanmasına səbəb olan şəxs və şəxslər? “Köhnə qvardiya”, yoxsa yeni rəis Vəsilə Möhsümovanın təyinatını həzm edə bilməyən başqa qüvvələr?
Bizi bilgiləndirən mənbənin məlumata görə bütün bu işlərin başında 47 yaşında güc-bəla ilə ali təhsil alan ( o da göndəriş əsasında),(hətta diplomunun araşıdırılmasına belə ehtiyac var),hazırda  Bərdə Regional Mədəniyyət  İdarəsinin rəisi müavini işləyən Validə Nabatovadır. O Validə ki, bütün parametrlərinə və intellektinə görə mədəniyyətdən heç bir anlayışı yoxdur. Elementar danışıq qabiliyyəti və ünsiyyət mədəniyyəti olmayan bu xanım yalnız pul yığmaq və söz gəzdirmək üzrə profseonal “mütəxəssis” sayıla bilər. Dünya ədəbiyyatı və mədəniyyəti sahəsində isə cəmi iki şəxsi tanıyır-Vilyam Şekspir və Dostayevski. Hətta, bu ələdüşməz kadr bir müddət elə bilib ki,Vilaym Şekspir əslən Bərdə rayonundandır. “Kerri bacı” əsərini isə “Kirri bacı” adı ilə tanıyırmış. Bütün bunlar qalısın bir yana. Bu xanımın daha ilginc əməllərinə diqqət edək.
Deməli, 64 yaşı haqlamış  madmazel Nabatova öz rəisi Vəsilə Möhsümova ilə bağlı bütün informasiyaları Bərdənin İcra başçısı Vidadi İsayevə çatdıran əsas fiqurdur. Elə bunun nəticəsidir ki, rüşvətxor İsayevin gənc idarə rəisini görməyə gözü yoxdur. Sual oluna bilər ki, niyə? Ona görə ki, Elmar Vəliyevin yetirməsi olan və özünün ona oxşadan Vidadi İsayev bütün idarələrdən pul qoparır.Vəsilə xanım isə bunu etməyib(“uşaq” olub başa düşməyib). Göndərilən ismarıclar nəticə verməyincə “köhnə qvardiya”nı işə salmaq lazım gəlib və idarənin cikini-bikini bilən üzüyola və müti rəis müavini Validə Nabatovanın xidmətlərindən istifadəyə qərar verilib. O da “işi” can-başla qəbul edib. İdarənin aylıq gəliri bardə cənab İsayevə məlumat ötürüb. Hazırda isə Validə Nabatova düşüb musiqi məktəblərinin, klubların, kitabxanaların, mədəniyyət evlərinin canına. Kadr “islahatları”, yerdəyişmələr, hədə-qorxular və s. Bütün bunların edilməsinin isə bir  məqsədi var. Şıdırğı şəkildə pul yığmaq...Sual oluna bilər ki, pulları asta-asta və sakitcə yığmaq olmazmı? Cavab isə çox sadədir.YOXXXX.Ona görə ki, artıq yeni ildən regional idarələrin əhatə dairəsi dəyişdiriləcək. Məsələn, Mingəçevir və Yevlax Bərdənin,konkret desək, Validənin əlindən çıxacaq və böyük ehtimalla veriləcək  yeni yaradılan Mərkəzi Aran Regional İdarəsinə. Belə olan halda Validə xanımın “təqdimatı” ilə yeni təyin olunan kadrlardan babat pullar alınır, hədə-qorxu gəlinənlər isə yerini bərkitmək üçün əllərini ciblərinə atmalı olur. Beləcə, bazar münasibətləri üzrə “peşəkar kadr” olan nabat kimi “şipşirin” Validə Nabatova mədəniyyət işçilərinin gününü zəhirmara döndərib. Əgər belə olmasaydı, heç vaxt ərə getməyən, anadangəlmə subay olan və varidatı olqarxlardan geri qalmayan xanım Nabatova Bərdənin mərkəzində ikimərtəbəli bahalı evə necə sahiblənə bilərdi? Sıradan bir mədəniyyət işçisinin evindəki bahalı əşyalar hansı pullarla alınıb? 
-Maraqlıdır, bəs “vurulmuş” sabiqləri gizlicə onun evində görüş keçirməyə nələr vadar edir? 
-Özünü idarənin “boz kardinalı” hesab edən 64 yaşı haqlamış Validə Nabatovanın mədə niyyəti niyə mədəniyyət işçilərinin başında çatlamalıdır? 
-Son bir ildə nə etdiyini belə bilməyən nazir Anar Kərimov hara baxır?
- Onun həqiqətənmi bölgələrdən baş verənlərdən xəbəri yoxdur?
-Bəs idarə rəisi Vəsilə xanıma kimi sırıyıb Validə Nabatova kimi qeyri-peşəkar və mədəniyyətdən xəbərsiz birini?
Yazıda qeyd olunan bütün hallarla bağlı, bütün suallarla bağlı məsələlərə iki şəxs-Nazir Anar Kərimov və hələ də nə etdiyini bilməyən rəis Vəsilə Mösümova aydınlıq gətirməli və hüquqi addım atmalıdır.
Qeyd edək ki,səhifəmizdə yazının “baş qəhrəmanı” Validə Nabatovanın mövqeyini və açıqlmasını dərc etməyə hazırıq...

-Mədəniyyətin Şəlaləsi bardə isə sonrakı yazıda...

P.S. Yazının digər səhifələr və saytlar tərəfindən dərc edilməsi qadağandır. Yalnız bizim icazəmizlə dərc etmək olar".

Bizimlə əlaqə saxlayın