noy
2022
18:19
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yevlaxda faciə: Toyuna hazırlaşan qız qəzada həlak oldu, üç ailəyə yas düşdü - YENİLƏNİB + FOTO/VİDEO

7 noy, 2022
18:19
12791


Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.
APA FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Səmədabad kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub
Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Aran Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili dərinliyi təqribən 1,5 m olan su kanalına aşıb, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
10:58
Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırması nəticəsində daha bir nəfər ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində axtarışları davam etdirilən Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
10:19
Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, 2005-ci il təvəllüdlü Nuranə Hüseynovanın bu gün toyu olacaqmış, onlar gözəllik salonuna gedən zaman qəzaya düşüblər. X.Hüseynova və G.Hüseynova isə onun əmisi qızlarıdır.
Video




Bizimlə əlaqə saxlayın