noy
2022
23:42
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İranın yanacaq maşınları vuruldu

9 noy, 2022
23:42
971

Suriyanın İraqla sərhədinə yaxın ərazisində İrana məxsus yük maşınları naməlum pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.
 
Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.
 
Rəsmilər bildiriblər ki, Suriyaya Qaim sərhəd-keçid məntəqəsindən daxil olan İran yanacağını daşıyan tanker karvanı hədəf alınıb.
 
Təhlükəsizlik rəsmisi bildirib ki, sərhədin Suriya tərəfində böyük yanğın müşahidə olunub. Karvanda 20-dən çox tanker var idi.
 
İranın dövlətə məxsus Press TV kanalı hücumu təsdiqləyib və ABŞ-ı hücum törətməkdə ittiham edib.

Bizimlə əlaqə saxlayın