11 
noy
2022
00:26
111

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İcra başçısı Azərbaycan Bayrağı ordenli döyüşçünü və fəal gəncləri qəbul edib

11 noy, 2022
00:26
9111

Turkdunyasi.az xəbər verir ki, Noyabrın 8-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Bayrağı Ordenli döyüşçü Mədəd Süleymanovu, İctimai-siyasi fəal Anar Salehoğlunu, Bakı Mühəndislik Universitetinin tələbəsi Elmir Həsənlini və YAP Yevlax rayon təşkilatının fəalı Məhyəddin Musayevi qəbul edib.

Çay süfrəsi ətrafında baş tutan görüşdə icra başçısı başda 44 günlük vətən müharibəsində böyük şücaət göstərmiş döyüşçü Mədəd Süleymanov olmaqla bütün qonaqları Zəfər Bayramı münasibətilə təbrik edib. Qonaqlar da öz növbələrində rayon rəhbərini Zəfər Bayramı münasibətilə ürəkdən təbrik ediblər və qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər.

Bayraq ordenli döyüşçü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova Qəhrəman Tərtərdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi isti münasibətə, xüsüsi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. O, Tərtərdə rayon rəhbərlərliyi tərəfindən ölkə prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələri və qazilərin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

Sonra icra başçısı gəncləri dinləyib. O, gənclərə vətənə, xalqa və dövlətə layiqli vətəndaş kimi yetişmək üçün atacaqları hər bir addımda diqqətli olmalarının vacibliyini vurğulayıb və onlarla öz tövsiyələrini bölüşüb. 

Sonda rayon rəhbəri qonaqlara Zəfər Gününə və Tərtər Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş "Tərtərin Tarix Yazan Oğulları" kitabını hədiyyə edib. 

Görüş və səmimi söhbət xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın