11 
noy
2022
01:26
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəhid Eşqin Tağıyevin 2 -ci il dönümü qeyd olunub-Foto+Video

11 noy, 2022
01:26
38107

Turkdunyasi.az xəbər verir ki, Şəhid Eşqin Asif oğlu Tağıyevin 2-ci il dönümü məzun olduğu Kəlbəcər Rayon 115 nömrəli tam orta məktəbdə qeyd olunub. Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirən qəhrəmanımız Azərbaycan ordusunda XTQ-nin giziri olub. Tağıyev Eşqin Asif oğlu 27 sentyabr  2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Eşqin bir çox döyüş əməlyyatlarının həyata keçməsində böyük  şücaət göstərmişdir və  verilən tapşırıqları uğurla yerinə yetirmişdir. 
Eşqin 30 oktyabr 2020 ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tağıyev Eşqin Asif oğlu  ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə” və “Cəbrayılın azad olunmasına görə”,"Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin! 

Bizimlə əlaqə saxlayın