14 
noy
2022
01:01
92

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əbədi Birlik" Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk dünyasının təşkilatçılığı ilə "Ayrılarmı könül candan?!" mövzusunda Zoom platformasında görüş keçirilib.

14 noy, 2022
01:01
1292

"Əbədi Birlik" Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk dünyasının təşkilatçılığı ilə "Ayrılarmı könül candan?!" mövzusunda Zoom platformasında görüş keçirilib.

Görüşün fəxri qonağı Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı Əjdər Tağızadə olub.

Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Əjdər Tağızadə Güney Azərbaycanda İran rejiminin ağır işgəncələri altında inləyən Azərbaycan türklərinin çəkdiyi çətin vəziyyətlər haqqında danışıb.  Güney Azərbaycanda təşkil olunan dinc aksiyalara qatılan vətəndaşların tutulması və polis zorakılığına məruz qalması, habelə türk fəallara qarşı çıxarılan cəzaların ağırlaşmasına diqqət çəkən Tağızadənin sözlərinə görə, milli hərəkatın güclənməsi hakimiyyəti qorxuya salıb. Cənab Prezident İlham Əliyevin quzeyli-güneyli Azərbaycanın, bütün azərbaycanlıların prezidenti olması mövzusuna toxunulmuşdur. Görüş zamanı Əbədi Birlik Gənclər İctimai Birliyinin Mədəniyyət klubunun sədr müavini Nəzrin Bünyatova Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirmişdir. Qeyd edək ki,  bu şeirdə də Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın acısından danışılır.

Gənclərdə maraq doğuran suallar cavablandırılmışdır.

Son olaraq "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Əjdər Tağızadəyə dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirmişdir.\





Bizimlə əlaqə saxlayın