13 
apr
2022
01:39
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ukrayna MTX: “Rusiya qərb vilayətlərimizdə “xalq respublikaları” yaratmağı planlaşdırıb”

13 apr, 2022
01:39
965

“Kreml Ukraynanın qərb vilayətlərində “xalq respublikaları” yaratmağı planlaşdırıb”.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, Rusiyadan müvafiq tapşırıq almış qruplardan birinin əməkdaşı istintaq orqanları ilə əməkdaşlıq edib. O bildirib ki, sözügedən qrup 2021-ci ilin yayında konstitusiya quruluşunu devirmək üçün işə başlayıb.
Keçmiş kəşfiyyat əməkdaşlarının hazırladığı sxemə əsasən vilayətlərdə hakimiyyəti ələ keçirmək üçün silahlı dəstələrin təşkili nəzərdə tutulub. Həmin dəstələr Rusiyanın Ukraynaya hücumu zamanı aktiv fəaliyyətə başlamalıydılar.
Mənbə: Unian.net

Bizimlə əlaqə saxlayın