18 
noy
2022
23:22
127

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Fransa Senatının qəbul etdiyi qətnamə təxribat xarakteri daşıyır

18 noy, 2022
23:22
12127

Bu qətnamə həqiqətdən uzaqdır və Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün qəbul edilmişdir. Qətnamədə adı çəkilən qondarma "Dağlıq Qarabağ" ifadəsi Fransanın reallıqları qəbul etmədiyini göstərir. Senatorlara səslənərək demək istəyirəm ki, 44 günlük vətən müharibəsindən sonra "Dağlıq Qarabağ" tarixin arxivinə göndərildi. Azərbaycan öz gücü hesabına işğal altında saxlanılan torpaqları azad etməklə suverenliyini bərpa etdi. Qarabağ Azərbaycanın tərkib hissəsidir, bu torpaqlar və orada yaşayanlar haqqında verəcəyimiz qərarlar bizim daxili işimizdir. Biz bunu heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq.

Mövcud qətnamənin erməni lobbisinin təsiri ilə qəbul edildiyi hiss olunur. Fransa hökumətinin siyasi iradəsizliyi adıçəkilən ölkədə ermənilərin söz sahibinə çevrilməsinə səbəb olub. Ancaq nə olursa olsun Azərbaycan heç vaxt haqq mübarizəsindən və haqq sözündən dönməyəcək. Biz düşmənə həm döyüş meydanında, həm də siyasi müstəvidə layiqli cavab verməyi yaxşı bilirik. Düşmən və onun havadarları 44 günlük müharibəni xatırlasınlar. Azərbaycan XXI əsrin müharibəsini aparan dövlətdir. Cənubi Qafqazda ən böyük və ən qüdrətli dövlət olaraq biz daim sülhün və sabitliyin təmin olunması üçün çalışırıq və bu istiqamətdəki fəaliyyətimiz davamlı olacaq. 

Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi əsassız iddialar və iftiralar ilə dolu qətnaməni qətiyyətlə rədd edir, ölkəmizə qarşı belə təxribatları kəskin şəkildə pisləyirik.

İlham Məmmədov, 
Milli Məclisin deputatı

Bizimlə əlaqə saxlayın