23 
noy
2022
20:40
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ADPU-da “Şuşa ədəbi-mədəni mühiti” adlı Elmi Seminar və kitab təqdimatı keçirilib

23 noy, 2022
20:40
1267

ADPU-da “Şuşa ədəbi-mədəni mühiti” adlı Elmi Seminar və kitab təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin "Azərbaycan Tarixi" kafedrasının təşkilatçılığı ilə Şuşa ilinə həsr olunmuş "Şuşa ədəbi-mədəni mühit" adlı Elmi seminar və kitab təqdimatı keçirilib. Kafedra müdiri dos.Naibə Əhmədova tədbirin açılışını edərək bildirib ki, bu seminar “Şuşa ili” çərçivəsində fakültədə keçirilən növbəti tədbirdir. O, Şuşa ədəbi-mədəni mühitinin yetirmələrinin öz şəxsiyyətləri və fəaliyyətləri ilə elimimizə, ictimai fikir tarixinə verdiyi töhvələrdən bəhs edib və Elmi Seminarın professor-müəllim heyəti və tələbə auditoriyası üçün elmi əhəmiyyətini xüsusi vurğulayıb.

Elmi Seminarda ümumi tarix və tarixin tədrisi texnlolgiyası kafedrasının dosenti Afaq Priyeva “Şuşa müxtəsər tarix (1752-2022)”, Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov “Bizim Şuşa (söhbətlər)” Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev “Şuşa ədəbi-mədəni mühit” adlı kitabların təqdimatı əsasında Şuşanın əvvəlki dövr tarixinə ekskurs edildi və hal-hazırda Şuşada nəhəng layihələrin gərçəkləşməsindən bəhs edildi.

Elmi Seminar tələbələrin diskussiyaları ilə yekunlaşıb.




Bizimlə əlaqə saxlayın