13 
apr
2022
03:23
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gələn ay Şuşada “Xarıbülbül” festivalı keçiriləcək

13 apr, 2022
03:23
991

“Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək”.
 
Turkdunyasi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
 
Prezident bildirib ki, keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdiriblər:
 
“Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik. Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir”.

Bizimlə əlaqə saxlayın