25 
noy
2022
22:19
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan: “Biz heç kimin razılığını almırıq”

25 noy, 2022
22:19
1272

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasimində iştirak edib.
Terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.
“Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməz. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.
“Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.
Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın