26 
noy
2022
18:18
58

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi açır - SƏRƏNCAM

26 noy, 2022
18:18
1258

Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisi, İsrail Dövlətində səfirliyi açılacaq.
Prezident.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara görə, Fələstindəki Təmsilçilik Ofisi Ramallah şəhərində, İsraildəki səfirlik isə Təl-Əvivdə təsis olunacaq.
Fələstində Təmsilçilik Ofisinin və İsraildəki səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Nazirlər Kabinetinə həvalə olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin və səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir

Bizimlə əlaqə saxlayın