E-mail: [email protected]
Siyasi partiyalar haqqında yeni qanun layihəsi demokratik və şəffaf hazırlanıb
Qanun layihəsi bağlı Milli Məclisdə ictimai dinləmələr keçirilib. Bu dinləmələrdə ictimai müzakirələrin aktivliyi, buna marağın yüksək olması nəticəsində layihəyə müxtəlif dəyişikliklər edilib.
Layihənin qarşısında çox mühüm istiqamətlər durur. Belə ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin həyata keçirilməsi ilə Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsi, partiyaların ictimai-siyasi proseslərdə rolunun gücləndirilməsi nəzərdə tutulub.
Müzakirələr nəticəsində layihədə aparılan dəyişikliklər ilə bir çox məhdudiyyətlər və problem yaradacaq məqamlar aradan qaldırılıb. Eyni zamanda partiyanın təsis olunması və sənədlər ilə bağlı göstəricilər dəyişdirilib. Layihə beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun şəkildə hazırlanıb. İctimai müzakirələr davam etdikcə layihə dahada təkmilləşdiriləcək və yüksək səviyyəyə çatdırılacaq. İctimai dinləmələrdə siyasi partiyaların iştirakı, onların irad və təkliflərinin nəzərə alınması Azərbaycanda mövcud demokratik mühitin yüksək səviyyədə olduğunun göstəricisidir.
İlham Məmmədov,
Milli Məclisin deputatı