E-mail: [email protected]
Nazir müavini Vüqar Kərimovun qeyri-peşəkar kadrları meşələri qırıb-satırlar
Redaksiyamıza verilən məlumata və təqdim olunan video-görüntülərə görə, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Talıstan-Basqal meşəbəyliyinin Zərnava kəndi ətrafında meşələr qırılıb, yeşik sexlərində 65 sm standart ölçüdə doğranır. Bildirilir ki, ağaclar sahə rəisi Nadirov Fizuli və meşə gözətçisinin atası əvvəllər narkotika ilə tutulmuş, 4 il həbsdə olmuş Xamis adlı meşə gözətçisi tərəfindən satılır. Məlumatda o da qeyd olunur ki, Xamisin işini de-fakto vaxtilə meşədə əkdiyi narkotik üstündə 4 il həbs cəzası almış atası aparır.
Necə olursa, günün günorta vaxtı odun daşıyan “UAZ” maşınları Şamaxı RMTM-nin Şamaxı-Ağsu meşəbəyliyinin mühafizə mühəndisi Mehmanın nəzərindən qaçır. Amma əlbəttə ki, daha böyük məsuliyyət RMTM-nin rəisi, nazir müavini Vüqar Kərimovun iltifatı ilə rəhbər vəzifəyə təyin olunmuş qeyri-mütəxəssis, pensiyay çıxmış keçmiş hərbi komissar Rəsul Quliyevin üzərinə düşür.
Ümumiyyətlə, Vüqar Kərimovun “xeyir-duası” ilə meşə təsərrüfatına rəhbər və müavin vəzifələrinə gətirilənlərin çoxu, qeyri-ixtisas sahibləridir. KİV yazır ki, Hirkan milli Parkının direktoru Aqil Sücayev kimi Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da ixtisasca meşəyə yad bir kadrdır və bir neçə il öncə Dövlət Sosial Müdafilə nazirliyinin yerli şöbələrinin birindən qovulanlardandır. Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalıb Həsənov isə ağacların cinsini tanımır.
İbrahim Hümbətov