28 
noy
2022
03:00
114

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yevlaxda İcra və Probasiya şöbəsi Qazini intihara sürükləyir – ŞOK VİDEO

28 noy, 2022
03:00
78114

Prezident İlham Əliyev dəfələrlə hüquq mühafizə orqanlarının rəhbərlərinə ciddi tapşırıqlar verib ki, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.

Prezidentin hüquq mühafizə orqanları üçün əsl manifestə çevrilə biləcək bu nitqdən gözləmək olardı ki, bu müddət ərzində Azərbaycanın hüquq mühafizə orqanları özlərinə çəki-düzən verəcək və ölkə başçısının da dediyi kimi, ölkəmizdə sosial narazılığın bir nömrəli mənbəyini qurutmağa çalışacaq. Təəssüf ki, redaksiyamıza ünvanlanan şikayət ərizələri bu ümidi doğrultmur.
Şikayətçi, Yevlax rayon sakini, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan baş-leytenant Kamil Əsədovun müraciətindən belə anlaşılır ki, Azərbaycanda hüquqi özbaşınalıq təkcə məhkəmə orqanlarının ədalətsiz qərarları ilə məhdudlaşmır. Hətta bu ağır sınaqdan uğurla çıxan vətəndaşlarımız belə, öz hüquqlarını əldə edə bilmirlər. Azərbaycan dövləti adından qərar çıxaran, hakimiyyətin əsas qanadlarından biri olan məhkəmə hökmləri hansısa rayonun İcra və probasiya şöbəsi tərəfindən yerinə yetirilmir.
Şikayətçinin bildirdiyinə görə, onlara məxsus Yevlax rayonu Malbinəsi kəndində Camış ferması deyilən ərazidə Kəlbəcər rayonundan olan məcburi köçkünlər – Verdiyev Təhməz Əvəz oğlu və Məmmədov Valeh Əvəz oğlu qanunsuz olaraq məskunlaşıblar. Ərazini qanunsuz zəbt edənlər barəsində atam Əsədov Həsən Şükür oğlu tərəfindən Yevlax rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə şikayəti əsaslı hesab edib atamın xeyrinə (2(039)-311/2019 nömrəli və 8(039)-69/2022) hökm çıxarır. Hökmdən narazı qalan qarşı tərəf Apellyasiya məhkəməsinə üz tutur. Apellyasiya məhkəməsi də ilk instansiya məhkəməsinin hökmünü  (8(107)-33/2022) qüvvədə saxlayır.
Bütün istansiya məhkəmələrinin hökmü eyni olur və əsl problem də bundan sonra başlayır.
Gəlin, Azərbaycanda məhkəmə hökmlərinin necə icra olunmasının hekayəsini şikayətçinin dilindən eşidək.
“Bu məhkəmə qərarını Yevlax İcra şöbəsinin rəisi Rəşad Əliyev və 1-ci dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov qəsdən icra eləmir və böyük ehtimalla qarşı tərəfdən “hörmət” görüb (iddia şikayətçiyə aiddir və KanalS.az-ın mövqeyini əks etdirmir – red.) ki, 3 ildir işi qərəzli şəkildə uzadıb oyun çıxardırlar. Açıq-aydın borcluya şərait yaradır ki, ərazidə məskunlaşmağa davam etsin.
Hara şikayət yazıramsa, xeyri yoxdur. Oktyabr ayında Ədliyyə naziri Fikrət Məmmədovun  belə şəxsən qəbula düşüb görüşmüşəm, hamı söz verir ki, “nəzarətə götürəcəyəm”, amma 3 ildir borclular əlini, qolunu sallayıb gəzir, heç məhkəmə qərarını da tanımır. Arxayındı yəni.
Daha ətraflı Qarabağ Qazisinin video müraciətində:

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq…
KanalS.az 

Bizimlə əlaqə saxlayın