27 
noy
2022
22:01
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan MN: “Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsi yolverilməzdir”

27 noy, 2022
22:01
1263

Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.
27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq  AĞDƏRƏ və XOCAVƏNDDİR.

Bizimlə əlaqə saxlayın