30 
noy
2022
23:05
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdə rayon Cəyirli kəndində Bayrağımıza qarşı hörmətsizlik

30 noy, 2022
23:05
1295

Türkdunyası.az xəbər verir ki,  gördüyünüz bu mənzərə Bərdə rayon Cəyirli kənd qəbirstanlığında lentə alınıb.kadırlardan da aydın görünür ki, qəbirstanlıqda asılmış dövlət bayrağımız cırılmış və rəngi solmuş vəziyyətdədir bu hal isə dövlət  bayrağımıza qarşı çox böyük hörmətsizlikdir. Görünür ki, dövlət bayrağımızın cırıq və rəngi solmuş vəziyyəti nə kənd icra nümayəndəsini nə də ki, kənd bələdiyyə sədrini qəti maraqlandırmır. Təəssüflər olsun ki, ulu öndər Heydər Əliyev və dövlət başçısı İlham Əliyev üç rəngli dövlət bayrağımızın qarşısında diz çöküb and içiblər. Bundan başqa şəhidlərimizində büküldüyü müqəddəs bayrağımız işğaldan azad olunmuş ərazilərimizdə qürurla dalğalanır. Bəs görəsən adları çəkilən şəxslər niyə görə bayrağımıza qarşı bu qədər sayğısızlıq edirlər? Bu yerdə Bəxtiyar Vahabzadənin bayraq şerindən bir parçanı xatırlatmaq istərdik ki, bəlkə adları çəkilən qurumlar yuxudan oyanar. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Bizimlə əlaqə saxlayın