dek
2022
19:53
109

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…

2 dek, 2022
19:53
9109

Respublikanın bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Yevlax, Ağdaş, Zərdab rayonlarında, nazir müavini Vüqar Kərimovun iştirakı ilə isə Şabran rayonunda aparılıb. Ümumilikdə 12 hektar meşə fondu torpağında 18 min 500 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqramdan çox palıd toxumu səpilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, nazirliyin rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə noyabrın 24-də meşəbərpa tədbirləri, eyni zamanda, Şəki, Qəbələ, Şamaxı, Quba, Ağcabədi, Bərdə, Sabirabad, Lənkəran, Masallı, Tovuz, Şəmkir rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində həyata keçirilib: “Beləliklə, gün ərzində ümumilikdə 42 hektar sahədə 32 min 500 müxtəlif növ ağac tingi əkilib, 2 min 100 kiloqram toxum səpilib”. Mətbuat katibinin sözlərinə görə, payız əkin planına uyğun olaraq son dörd gün ərzində meşə fondu torpaqlarında 105 min ağac əkilib.
İndi isə gəlin görək, rayonlarda ağac tingi əkərək, toxum səpərək özünü reklam etdirən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun himayəsi altında məmurlar meşə talançılığına necə rəvac verirlər. Onun havadarlıq etdiyi məmurlar arasında ən “favorit” görünəni Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalıb Həsənovdur desək, yanılmarıq. Çünki ona “gözün üstə qaşın var” deyən, nəzarətindəki rayonun Mirasəfli kəndi ətrafındakı meşə fondunda bir neçə mal-qara fermasının necə fəaliyyət göstərdiyini soruşan yoxdur.
Zərdab rayonu ərazisində Alçanlı meşəbəyliyinin 4, 5 və 6 saylı dolaylarında dövriyyədə olan 200 hektara yaxın əkin batıb (nar 3,00 ha, göyrüş və qarabaşaq və s.). Çarlı meşəbəyliyində isə 1000-ə yaxın dövlət meşə fondu zəbt altındadır və mal-qara örüşü kimi satılıb.
İnternet resurslarında bu ilin yayında Bərdə rayon Əyricə kəndinin yanında dövlət meşə fondu torpaqlarında qanunsuz 40.00 ha sahədə pambıq, qarpız və s. bitkilərin əkildiyi, sözügedən Mərkəzdə hər hektarı dövlət meşə fondu sahibkar və vətəndaşlara 400 manata satıldığı, Qalıb Həsənovun 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə bu ilin mart ayında rəis təyin olunmuş Tofiq Əsgərovla birləşərək batmış əkinləri yalandan dövriyyədəki kimi qeydə alıb dövlət büdcəsindən hər ay külli miqdarda pullar sildikləri, amma faktiki dövriyyədə (sənəd üzərində) olan əkinlərin 60%-dən çoxunun batdığı, Ağdaş rayonun Kotovan kəndi ərazisiylə həmsərhəd olan dövlət meşə fondunda 0.21 ha ərazidə qarğıdalı, pomidor və bostan bitkilərinin əkildiyi barədə informasiyalara rast gəlmək olar.
Mövzuya qayıdacağıq.

İbrahim Hümbətov


Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…
Nazir müavini Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxun səpir, digər tərəfdən…

Bizimlə əlaqə saxlayın