E-mail: [email protected]
Goranboy Rayon Suvarma sistemləri idarəsinin rəisi İlqar Məhərrəmov sahibkara qənim kəsilib VİDEO
Turkdunyasi.az xəbər verir ki, Goranboy rayon Qızılhacılı qəsəbə sakini Afiq İskəndərov kanalımıza müraciət edərək bildirir ki, uzun illərdir ki, əkin sahəsini suvara bilmir. Qeyd edək ki, müsahibimiz bu barədə rayon icra hakimiyyətinə və suvarma sistemləri idarəsinə məlumat versə də sahibkara heç bir köməklik göstərilməyib. Sahibkarın sözlərindən belə aydın olur ki, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur. Qəsəbədə yaranmış su problemi və digər əyintilərlə bağlı sahibkar Afiq İskəndərov Prezident İlham Əliyevdən imdad istəyir. Bir sözlə Goranboy rayonunda Özbaşınalıq, dərəbəylik baş alıb gedir daha ətraflı süjetdə.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.