dek
2022
00:45
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan diasporu bir yumruq kimi...

5 dek, 2022
00:45
994

Ötən həftə Fransa Milli Assambleyasının aşağı palatasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ilə yadda qaldı. Qətnamənin müzakirəsi və qəbulu planları Azərbaycandan olan çoxlu sayda insanın Paris küçələrinə çıxmasına səbəb oldu.
 
Qətnamənin özünün biabırçı mahiyyəti barədə artıq çox danışılıb, biz onun məzmununu bir daha təhlil etməyəcəyik, onun absurd olmasına və oradakı ifadələrin saxtakarlığına diqqət yetirməyəcəyik.
 
Diqqəti başqa bir məsələyə - Azərbaycan diasporunun artan fəallığına yönəldəcəyik.
 
Oxşar qaralama yazılara əvvəllər də xarici mətbuatda, qanunvericilik sənədlərində və müxtəlif siyasətçilərin çıxışlarında rast gəlinib. Hətta münaqişənin ilk illərində həm xaricdə, həm də "köhnə dünyada" qanunvericilər, media orqanları və ayrı-ayrı siyasətçilər erməni sponsorların səxavətli ödənişlərini qazanmaq üçün bir-biri ilə yarışırdılar. ABŞ Konqresinin təcavüzkarın həvəsləndirilməsini nəzərdə tutan 907-ci düzəlişini xatırlamağa dəyər. Belə hücumlar sonrakı onilliklərdə baş verdi.
 
Bəs onları fərqləndirən nədir?
 
Onlar xaricdə yaşayan azərbaycanlıların artan reaksiyası ilə qarşılaşdılar. Hər il, hər on ildən bir diasporumuzun səsi daha da ucadan eşidilirdi. O vaxtdan bəri daha çox insan küçələrə çıxıb. Lakin Azərbaycana qarşı hücumlar dayanmayıb. İkili standartlar virusuna yoluxanlar, erməni hədiyyələrinə həris olanlar uzun müddət düzəlməyəcəklər. İslamafobiya və türkofobiyanın hökm sürdüyü Avropada, ABŞ-da və dünyanın digər yerlərində hələ uzun müddət analoji sənədlər ortaya çıxacaq.
 
Azərbaycan diasporunun məqsədi tamam başqa - öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq kimi qeyri-sağlam vərdişə qarşı sınmamış ruhumuzu bütün dünyaya göstərmək, mövqeyimizin dönməzliyini və xalq-iqtidar birliyini, insanların, eləcə də dünyanın istənilən yerində azərbaycanlıların həmrəyliyi nümayiş etdirməkdir.
 
Bizi sındırmaq olmaz, kompleksləri inkişaf etdirməyə məcbur etmək olmaz, işimiz ədalətlidir, prinsiplərimizdən dönməyəcəyik!
 
Xarici paytaxtların küçələrində kəmiyyət və keyfiyyət baxımından böyüyən kütləvi aksiyaların məqsədi budur!
 
Hələ Azərbaycan müstəqillik qazanmazdan əvvəl diaspor hərəkatının kökündə dayanmış, Azərbaycan diasporunun formalaşmasının müasiri və canlı şahidi kimi bu gün əminliklə deyə bilərəm ki, xaricdə yaşayan həmvətənlər sadəcə çoxsaylı kütləyə, həm də mütəşəkkil yumruğa - təkcə regionda deyil, onun hüdudlarından kənarda da düşmənlərimizə Azərbaycan xalqının əyilməzliyini və qətiyyətini, sarsılmaz birliyini və öz haqlılığına səmimi inamını göstərməyi bacaran Dəmir Yumruğa çevrilib!
 
Azərbaycan diasporunun bu mesajı, şübhəsiz ki, ötən həftə öz ünvanına – Fransa parlamentinin deputatlarına, onların vasitəsilə isə dünyanın başqa yerlərindəki erməni lobbiçilərinə çatıb.
 

Bizimlə əlaqə saxlayın