5 
dek
2022
14:10
77
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Gəncə Psixitariya Xəstəxanasında BAZAR AÇIBLAR-VidoeFakt
5 dek, 2022
14:10
77
Gəncə Psixitariya Xəstəxanasında epilepsiya xəstələrindən rüşvət belə toplanır.
Gəncə Psixitariya Xəstəxanasında rüşvətxorluğa rəvac verməkdə hələ də davam edirlər. Baxmayaraq ki, ölkə başçısı cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını və ələxüsus da qanun işçilərini korrupsiyaya və digər neqativ hallara qarşı mübarizəyə səsləsə də bununla belə bu məsələ hələ də öz həllini tapmayıb. Çünki bu gündə bu çağırışa məhəl qoymayan elə tibb işçilərinin özləridir. Yəni öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən məmurlarımız bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui istifadə edən ölkəmizin bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan qanun işçilərinədir. Belə ki, Gəncə Psixitariya Xəstəxanasında həkimlərin əndazəni aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı və bizdə sual doğurdu. Belə ki, vətəndaşların sağlamlığının keşiyində dayanıb vicdanla xəstəni müalicə etmək əvəzinə qanunu pozaraq xəstəxanada rüşvət yığmaqla məşğuldur. Bəs görəsən xəstəxanadan yığılan bu çirkli pullar kimin və ya kimlərin cibinə gedir? Tibb işçilərinə dövlətin ayırmış olduğu məvacib yetərincə olsada belə bucür acğöz həkimlər aldıqları əməkhaqqı ilə kifayətlənməyib öz var dövlətlərini artırmaq məqsədi ilə rüşvətxorluğa və digər neqativ hallara yol verirlər. Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyevə korrupsiyaya qarşı mübarizədə ortaya qətiyyətli iradə qoyub və əlbəttə ki, bu iradədən kənara çıxan hər bir kəs tutduğu qulluq mövqeyindən asılı olmayaraq sərt şəkildə cəzalandırılır.Təəssüflər olsun ki, bu gün də, prezident İlham Əliyevin iradəsinə qarşı çıxan qanunları heçə sayıb qanunlara meydan oxuyan tibb işçilərinə rast gəlinir.Bu hal açıq aşkar ölkə başçısınin korrupsiyaya qarşı apardığı amansız mübarizəni heçə sayıb prezident qətiyyətli iradəsinə məhəl qoymamaqdan başqa bir şey deyil. Ümid edirik ki, təqdim etdiyimiz bu faktlar bir nəticə verəcək və cənab nazir xəstəxanalarda rüşvət yığan, eyni zamanda ölkə rəhbərinin iradəsinə qarşı çıxan həkimləri sərt şəkildə cəzalandıracaq.Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.