dek
2022
22:38
121

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Əbədi Birlik” Gənclər İctimai Birliyi və Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının əməkdaşlıq görüşü keçirilib

8 dek, 2022
22:38
12121

Turkdunyasi.az xəbər verir ki, Görüş zamanı hər iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
Birgə layihələrin  həyata keçirilməsinin perspektivlərindən danışan TAİB GT sədri Sübhan Xıdırzadə ortaq layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, TAİB-in Gənclər Təşkilatı ümumtürk coğrafiyasının fəal gənclərini bir araya gətirmək, ortaq layihələr işləmək, türk birliyinin inkişafı üçün bütün potensial gücünü ortaya qoymaq əzmilə ağsaqqalların xeyir-duasıyla yola çıxıb.

"Əbədi Birlik- Gənclər" İctimai Birliyinin sədri Şahin Əliyev  çıxışında  dövlətin gənclərə yaratdığı şəraitdən danışaraq, daha səmərəli, məhsuldar iş görmək üçün gənclərə  hər cür  dəstəyin verildiyini  qeyd edib. Onu da vurğulayıb ki, TAİB yarandığı az bir müddətdə gənclərə böyük bir meydan açıb, bu meydanda gənclərin birliyi türk dünyasına daha çox töhfələr verə bilər.

Görüşdə iştirak edən TAİB-in İcra Aparatının rəhbəri Nicat Huseyn Daglar da öz növbəsində gənclərə uğur diləyərək, öz məsləhət və tövsiyyələrini verib.

































Bizimlə əlaqə saxlayın