11 
dek
2022
22:52
119

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əbədi Birlik Gənclər İctimai Birliyi və Türk Ağsaqqalları İctimai Birliyi – TAİB üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11 dek, 2022
22:52
2119

Əbədi Birlik GİB və Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in üzvləri Ümummilli lider  Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Turkdunyasi.az xəbər verir ki, Ziyarətdə TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, BMT-nin İnsan haqları və müdafiə komitəsinin mayoru Mirdaməd Əzizov, hər iki Təşkilatın İdarə Heyətinin üzvləri, eləcə də Qadınlar Şurası və Gənclər Təşkilatının təmsilçiləri iştirak edib. 

Təşkilat təmsilçiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Təşkilat üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri Sudeif İmamverdiyev mətbuata müsahibəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın taleyindəki xilaskarlıq missiyasından danışıb, Ulu Öndərin ölkəmizin keşməkeşli dövründə xalqımızı böyük fəlakətlərdən xilas etdiyini deyib. #TAİB sədri bildirib ki, Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaq və onun xatirəsini daim uca tutacaq.

Bizimlə əlaqə saxlayın