12 
dek
2022
13:14
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ufuk Turqaner: “Heydər Əliyev bütövlükdə türk dünyası üçün böyük bir liderdir”

12 dek, 2022
13:14
660

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıya yeni təyin olunmuş nümayəndəsi Ufuk Turqaner Fəxri xiyabanı ziyarət edib.
Ufuk Turqaner Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün böyük şəxsiyyət olduğunu vurğulayıb:
“Heydər Əliyev Azərbaycan üçün, bütövlükdə türk dünyası üçün böyük bir liderdir. Onun mirası üzərində Azərbaycan çox işlər görməlidir və görür də. Heydər Əliyevin xatirəsi qarşısında hörmətlə və ehtiramla baş əyirik. Azərbaycanla münasibətlərin son zamanlar sürətlə inkişaf etməsi ümidvericidir. İnşallah, daha da yaxşılaşacaq, uğurlu nəticələr əldə edəcəyik. Eyni dili və dini paylaşırıq və Azərbaycana çox dəyər veririk”.

Bizimlə əlaqə saxlayın