13 
dek
2022
01:32

77

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ərdoğan Türkmənistana gedir

13 dek, 2022
01:32
977
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-də Türkmənistana səfər edəcək.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğanın dekabrın 13-14-də Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcəyi bildirilir.
Qeyd edilib ki, səfər Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.
Dekabrın 14-də Avazda Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək. Ərdoğan, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edəcək.