16 
dek
2022
21:01
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Əbədi Birlik"Gənclər İctimai Birliyinin nümayəndələri də Laçın yolunda ekoloji terrora qarşı aksiyaya qoşulublar

16 dek, 2022
21:01
6113

Dekabrın 12-dən Azərbaycanın faydalı yataqlarının qanunsuz şəkilə istismarına qarşı olaraq Şuşa-Laçın yolunda başladılan aksiya etirazçıların tələbi yerinə yetirilmədiyinə görə gecə saatlarında da davam edib. Aksiyada iştirak edən etirazçılar Azərbaycan ekoloqları və mütəxəssislərinin Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinqlər keçirilməsi üçün yaradılan maneələrin aradan qaldırılmasına çağırırlar. 
Günlər keçdikcə etirazlara qoşulan ekofəalların, qeyri-hökumət təşkilatlarının, gənclər və könüllü təşkilatlarının nümayəndələrinin, ictimai fəalların sayı artır. Dekabrın 14-də aksiyada iştirak üçün "Əbədi Birlik" Gənclər İctimai Birliyinin üzvləri də Şuşaya üz tutublar. Aksiyada iştirak edən fəallar qarşıya sürdükləri tələblərin hələ də həyata keçirilmədiyini deyirlər.

 
Ekologiyaya mənfi təsirlə bağlı sülhməramlıların komandanlığına dəfələrlə müraciət edilib
 
Turkdunyasi.az xəbər verir ki, "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev saytımıza açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında təbii ehtiyatların qanunsuz istismarının monitorinqinə yaradılmış əngəllərə son qoyulması məqsədilə vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə etiraz aksiyasına qatılıblar. 

Onun sözlərinə görə, fəalların tələbləri Azərbaycanın öz torpaqlarında aparılacaq monitorinqlərə yaradılan əngəl və təxribatlara son qoyulmalı, təbii ehtiyatlarımıza qarşı edilən ekoloji terror dayandırılmalıdır: “ Biz vətəndaş cəmiyyəti olaraq öz torpaqlarımızda aksiyanı həyata keçiririk, öz torpaqlarımızda təbii ehtiyatlarımızın istismarını monitorinq etməyə çalışırıq. Vətəndaş cəmiyyəti olaraq onların komandanlığına dəfələrlə müraciət edilsə də, qarşı tərəf müraciətlərə heç bir cavab verməyib”.

Təşkilatın insan resursları üzrə meneceri Kamran Əsədov isə açıqlamasında bildirib ki, 14-ü bu aksiyaya qoşulublar və tələbləri sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlib sualları cavablandırmasıdır: “Biz yorulmamışıq, son anədək aksiyaya davam edəcəyik. Öz haqlı mövqeyimizi sonadək davam etdirəcəyik. Bizim tələbimiz mütəxəssislərimizin təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq ilə bağlı olaraq əraziyə buraxılmasıdır.

Bizimlə əlaqə saxlayın