17 
dek
2022
21:04
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Erməni lobbisi Azərbaycana qarşı yeni cəbhə açıb - Səfirlərimiz niyə susur?..

17 dek, 2022
21:04
981

“Ermənilər yeni hiyləyə əl atıblar. Deməli, Ermənistanla Qarabağı birləşdirən yolun bağlanmasını bəhanə edərək “Xankəndi hava limanı işə düşsün və humanitar yüklər hava nəqliyyatı vasitəsilə ilə daşınsın” tələbini səsləndirməyə başlayıblar”.

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğu ermənilərin Laçın yolununun bağlanması ətrafında hay-küy qaldırmasına münasibət bildirərəkən deyib
 
“Demək istəyirlər ki, Füzuli və Zəngilan hava limanlarına uçuşlar həyata keçirilərkən ermənilərə də eyni imkan yaradılmalıdır. İkinci tələbləri budur ki, yol açılsa belə, onun bir daha bağlanmayacağına dair beynəlxalq təminat olmalıdır. Bu da reallıqdan uzaqdır. Müəyyən vaxtdan sonra yol açılsa belə qanunlarımıza tabe olmasalar, eyni hadisələrin təkrarlanması ehtimalı yüksəkdir”, - E.Şahinoğlu əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, son günlər Rusiya, ABŞ və Avropa dövlətlərinin bir qismində yolun açılmasıyla bağlı çağırışların artması yaxşı hadisə deyil.

“Erməni lobbisi Azərbaycana qarşı dezinformasiya müharibəsində yeni cəbhə açıb. Biz haqlıyıq və problemin məmurlarımıza Qarabağdakı yataqlarda monitorinqin aparılmasına maneəylə bağlı olduğunu bildiririk. Yolda gömrük və sərhəd postunun yaradılması tələbində də haqlıyıq. Ancaq haqlı olduğumuzu müxtəlif ölkələrin rəsmi və ekspert dairlərinə nə dərəcədə izah edə bilirik? Azərbaycanın xarici ölkələrdəki səfirlərindən hər hansı birinin bu mövzuda məşhur nəşrlərə müsahibə verdiyini və ya brifinq keçirdiyini eşidən olubmu?”, - deyə E.Şahinoğlu narahatlığını ifadə edib.

Bizimlə əlaqə saxlayın