20 
dek
2022
12:24
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyə və Yunanıstan arasında gərginlik - F-16-lar havaya qaldırıldı

20 dek, 2022
12:24
770

Egey dənizi səmasında Türkiyə və Yunanıstan arasında gərginlik yaşanıb.
 
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, NATO təlimi çərçivəsində xidməti uçuş həyata keçirən Türkiyə təyyarələrinə qarşı Yunanıstan ərazisindəki 5 aviabazadan havaya qalxan F-16-lar vasitəsilə radar kilidi atılıb və maneə törədilib.
 
Uçuşlar barədə əvvəlcədən bütün NATO müttəfiqlərinə xəbər verilməsinə baxmayaraq, Yunanıstanın bu cür addımlar atmasının anlaşılmaz olduğu vurğulanıb.
 
Yunanıstanın belə addımlarının qarşısını almaq və uçuşları uğurlu şəkildə başa çatdırmaq üçün Dalaman və Akhisar bölgələrindən Türkiyə F-16-larının da havaya qaldırıldığı və lazımı cavabın verildiyi qeyd edilib.
 
"Qarşıya qoyulan tapşırıqlar uğurlu şəkildə icra edilərək uçuşlar tamamlanıb", - məlumatda bildirilib.
 

1⃣ Yunanistan’a ait uçaklar yine NATO uçuşunu hedef aldı!

Hava Kuvvetlerimizin muharip ve destek uçakları ile NATO’nun E3-A AWACS uçağı, Ege’nin uluslararası hava sahasında 24 saat önceden tüm müttefiklere bildirilen #NATO’nun NEXUS ACE uçuşunu yaptı.//t.co/ev7axB7QVv pic.twitter.com/Q4CgVwpKbI

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 20, 2022
 

Bizimlə əlaqə saxlayın